Şahruddinin yubileyi uduzduqları matça təsadüf etdi

Şahruddinin yubileyi uduzduqları matça təsadüf etdi

"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev "köhlənlər"in heyətində 100-cü Premyer Liqa matçına çıxıb.

Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
Onun yubileyi "Turan Tovuz"la ev oyununa təsadüf edib. Misli Premyer Liqasının XI turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.
O, "Qarabağ"da 2016/2017 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.
Qeyd edək ki, Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər