“Neftçi”nin 4 futbolçusu – Emin Mahmudov, Emil Balayev, Elvin Bədəlov və Rüfət Abbasov Azərbaycan millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, milli komandamız UEFA Millətlər Liqasında noyabrın 13-ü Bakı vaxtı ilə saat 23:45-də Lixtenşteyn, yoldaşlıq oyunu çərçivəsində noyabrın 16-sı Bakı vaxtı ilə saat 22:00-da Andorra yığması ilə səfərdə qarşılaşacaq.
Bundan əlavə, Denzel Jubitana Surinam (Suriname), Endryu Qravilyon (Andrew Gravillon) Qvadelupa (Guadeloupe), Sessi D’Almeyda (Sessi D’Almeida, Sessi D'Almeida) isə Benin (Bénin) milli komandasına dəvət alıb.