"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə etdikləri matçı (2:2) şərh edib.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:
Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə üçün hazırlaşırıq. Bu gün enişli-yoxuşlu matç keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, sonradan vəziyyət dəyişdi. Tam üstünlük qura bilmədik və rəqibə əks-hücumlar üçün imkanlar verdik. 2:2 hesabı azarkeşlər üçün maraqlı görünə bilər. Qələbə qazana bilərdik, amma rəqib də qol vura bilərdi. Hazırda turnir cədvəlinin ilk beşliyindəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir".