AFFA İntizam Komitəsi hakimi təhqir edən məşqçi və oyunçunu cəzalandırdı

AFFA İntizam Komitəsi hakimi təhqir edən məşqçi və oyunçunu cəzalandırdı
AFFA İntizam Komitəsi 2-ci Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.
Fanat.Az xəbər verir ki, "Şəmkir"in oyunçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə matçın 90-cı dəqiqəsində referini təhqir edib.
Qırmızı vərəqə alan F.Əhmədov dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.
"Difai"nin məşqçisi Əli Hüseynov isə "Zəngəzur"la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər