Azərbaycanın sərbəst güləşçilərindən 8 medal

Azərbaycanın sərbəst güləşçilərindən 8 medal
Azərbaycanın sərbəst güləşçiləri Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun (Akhmetzhan Kazymbetov) xatirəsinə həsr olunmuş yeniyetmələr arasında ənənəvi turnirdə 8 medal əldə ediblər.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb.
Memorialda U-17 millisinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.
Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Hüseynov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıblar
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər