UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda "Sabah"la qarşılaşacaq "Barselona"nın (Barcelona) Bakı səfərinin təfərrüatları dəqiqləşib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 24-də xüsusi çarter reysi ilə Bakıya enəcək.
Heyət dərhal otelə yerləşdikdən sonra axşam saatlarında matçın baş tutacağı Bakı Olimpiya Stadionunda matçöncəsi son məşqini keçirəcək.
Məşqdən əvvəl isə baş məşqçi Hansi Flik (Hansi Flick) və komandanın aparıcı oyunçularından biri rəsmi mətbuat konfransı təşkil edərək jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edək ki, görüşün start fiti Bakı vaxtı ilə saat 21:45-də səsləndiriləcək.
Kamil Xudiyev