"Sampdoriya" Azərbaycan millisinin planını pozdu - 18 yaşlı hücumçunu niyə saxladılar?

"Sampdoriya" Azərbaycan millisinin planını pozdu -  18 yaşlı hücumçunu niyə saxladılar?
İtaliyanın B Seriyasında çıxış edən "Sampdoriya" klubunun 18 yaşlı hücumçusu Lorenzo Mezzoteronun Azərbaycan əsas milli komandasının düşərgəsinə qoşulmaması İtaliya idman mətbuatında fərqli rakursdan şərh edilib.
Fanat.Az İtaliyanın "Diario del Web" portalına istinadən xəbər verir ki, gənc forvardın zədə səbəbindən heyətdən çıxarılması əslində klubun ehtiyat tədbiri ilə bağlıdır.
Mezzoteronun son çempionat matçında aldığı zədə ciddi xarakter daşımır. Sadəcə, son vaxtlar "Primavera"da 5 oyuna 8 qol vuran və əsas komandada "Virtus Entella"ya qarşı debüt qoluna imza atan 1.90 m boylu hücumçunun yüksəlişini görən "Sampdoriya" rəhbərliyi futbolçunu riskə atmaq istəməyib.
Mənbə bildirir ki, Genuya təmsilçisi gənc istedadının milli fasilədə uzun səfərə çıxaraq zədəsini ağırlaşdırmasından ehtiyat edib və onu bazada saxlayaraq B Seriyasının növbəti turlarına tam hazır vəziyyətdə gətirməyə üstünlük verib.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər