İspaniyanın "Real Madrid" klubunun sabiq hücumçusu Raul Qonsales (Raúl González) yeni baş məşqçilik postuna keçməyə hazırlaşır.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İspaniyanın "Real Ovyedo" klubuna rəhbərlik etməyə çox yaxındır.
Tərəflər arasında aparılan danışıqlarda əsas şərtlər üzrə razılıq əldə olunub və təyinatın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Uzun illər "Real Madrid"in gənclər və əvəzedici komandalarında çalışan Raulun bu addımla karyerasında yeni bir səhifə açacağı bildirilir.