“Lider getməyin əhəmiyyəti 10-dur” - Flik

“Lider getməyin əhəmiyyəti 10-dur” -  Flik
“Barselona”nın (Barcelona) baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) “Atletiko Madrid” (Atlético de Madrid, Atletico Madrid) üzərində 2:1 hesablı qələbədən sonra komandasının milli fasiləyə lider yollanmasının əhəmiyyətindən danışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Məlumata görə, almaniyalı mütəxəssis bildirib ki, fasiləyə La Liqanın zirvəsində yollanmaq onun üçün ən yüksək qiymətə layiqdir:
“Birdən 10-a qədər qiymətləndirsək, lider getməyin əhəmiyyəti 10-dur. Oyunçularımız milli komandalarına gedirlər və çox matçda iştirak edəcəklər. Bu vəziyyəti düzgün idarə etməli və futbolçuların qayğısına qalmalıyıq”.
Flik görüşün ilk hissəsində komandasının istədiyi intensivliyi göstərə bilmədiyini, fasilədən sonra isə oyunu dəyişdiklərini vurğulayıb.
“Belə oyunları qazanmaq üçün keyfiyyətimiz var. Mən bu komandaya inanıram. Burada qalib gəlmək asan deyil. Qarşıda uzun yol var və biz hər gün titullar qazanmaq üçün çalışırıq”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər