Azərbaycan 2-ci Liqasında 10-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən “Şəmkir” – “Ağstafa Gəncləri” matçı (0:1) ilə start götürən tur çərçivəsində bu gün daha 3 görüş baş tutacaq.
Günün ilk matçında iddialılar "Şirvan" və "Marafon" münasibətlərinə aydınlıq gətirəcəklər.
Bir saat sonra isə “Hypers” “Kür-Araz”la, “Qaradağ Lökbatan” “Ağdaş”la üz-üzə gələcək.
Tura sabah keçiriləcək “Difai” – “Zəngəzur” və “Şəki” – “Dinamo” oyunları ilə yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası
10-cu tur
9 noyabr
14.00. “Şirvan” – “Marafon”
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
15.00. “Hypers” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Ruslan Məmmədov, Sadiq Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Əliyev
Bərdə şəhər stadionu.
15.00. “Qaradağ Lökbatan” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Hüseyn Vəliyev, Ləman Əmirli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.