2-ci Liqa: Meydan sahibləri darmadağına sevindilər

2-ci Liqa: Meydan sahibləri darmadağına sevindilər
Azərbaycan 2-ci Liqasında 10-cu tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən “Şəmkir” – “Ağstafa Gəncləri” matçı (0:1) ilə start götürən tur çərçivəsində bu gün keçirilməli olan 3 görüşdən biri baş tutmayıb.
Günün ilk matçı - iddialılar "Şirvan" ilə "Marafon"un dueli təxirə salınıb. Güclü yağış səbəbindən Şirvan Olimpiya Kompleksinin meydanı oynamağa yararlı olmayıb. PFL oyunu sabah saat 15:00-a ertələyib. Qarşılaşma eyni məkanda reallaşacaq.
Keçirilən digər iki oyuna gəlincə isə “Hypers” “Kür-Araz”ı, “Qaradağ Lökbatan” isə “Ağdaş”ı böyük hesabla məğlub edib.
Tura sabah keçiriləcək “Difai” – “Zəngəzur” və “Şəki” – “Dinamo” oyunları ilə yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası
10-cu tur
9 noyabr
“Şirvan” – “Marafon” (təxirə salınıb)
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
“Hypers” – “Kür-Araz” 4:0
Qollar: İ.Azaxov, 44. A.Babazadə, 45; 55-pen. E.Xəlilli, 63.
Hakimlər: Nahid Xasıyev, Ruslan Məmmədov, Sadiq Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Namiq Əliyev
Bərdə şəhər stadionu.
“Qaradağ Lökbatan” – “Ağdaş” 5:0
Qollar: Ə.Hacılı, 5. R.Quliyev, 43. İ.Əliyev, 53-pen.; 75. T.Axverdiyev, 80.
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Hüseyn Vəliyev, Ləman Əmirli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər