Azərbaycan 2-ci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” (Marathon) oyunu təxirə salına bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb güclü yağəş səbəbindən Şirvan Olimpiya İdman Kompleksinin meydanının yararsız vəziyyətə düşməsidir.
Hazırda örtük gölməçələrlə dolub və bu vəziyyətdə oyunun keçirilməyəcəyi gözlənilir. Oyunun baş tutub-tutmayacağına yarım saat ərzində qərar verilməlidir.
Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürməlidir.
Mirağa