"Şanlı zəfərimizin qazanılmasından 6 il keçir, lakin sanki dünənki kimidir" - Daşqın Əziz

"Şanlı zəfərimizin qazanılmasından 6 il keçir, lakin sanki dünənki kimidir" -  Daşqın Əziz
İldönümünü qeyd etdiyimiz 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri həmkarımız Daşqın Əzizdir. "Pressing.az" saytının rəhbəri olan Daşqın həm də qazidir, o, Şuşa yaxınlığındakı döyüşlərdə yaralanıb.
Vətən müharibəsi veteranı xatirələrini bölüşüb, döyüş yolu, torpaqların azad olunması uğrunda keçən günləri qürurla xatırlayıb.
Qəhrəmanımızın Fanat.Az-a dediklərini təqdim edirik:
"Artıq şanlı zəfərimizin qazanılmasından 6 il keçir. Lakin sanki dünənki kimidir. Bəzən düşünürəm ki, biz bu böyük hadisənin mahiyyətinə, əslində, illər keçdikcə daha dərindən varacağıq. Sözlə təsviri mümkün olmayan böyük hadisədir. 6 il əvvəl bu gün Şuşa şəhərinin müdafiəsi üçün səfərbər edilmişdik. Tərkibində olduğum hərbi briqada Şuşa azad edildikdən sonra ermənilərin Xankəndidən potensial əks-hücumunun qarşısını almaq üçün həmin istiqamətdə yerləşdirilmişdi. Belə də oldu, düşmən xeyli sayda texnika və canlı qüvvə ilə Şuşaya əks-həmlə etdi. Bu hücumun qarşısını almaq üçün taborumuz Şuşa-Xankəndi yolunda vuruşdu. Xeyli şəhid və yaralılarımız oldu. Özüm də yaralandım. Lakin erməniləri Şuşaya yaxın gəlməyə qoymadıq. Son anadək şəhərin müdafiəsinin təşkilində iştirak etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugünkü zəfəri başda şəhidlərimiz olmaqla bütün döyüşçülərə borcluyuq".
"Şanlı zəfərimizin qazanılmasından 6 il keçir, lakin sanki dünənki kimidir" - Daşqın Əziz
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər