Azərbaycan 2-ci Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” (Marathon) oyunu planlaşdırılan vaxtda baş tutmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb güclü yağış səbəbindən Şirvan Olimpiya İdman Kompleksinin meydanının yararsız vəziyyətə düşməsidir.
Oyunoncəsi iclasda matçın ertələnməsinə qərar verilib.
Hazırda örtük gölməçələrlə dolub və bu vəziyyətdə oyunun 14:00-da start götürməsi mümkünsüz olub. Oyunun sabaha təxirə salınıb-salınmayacağına daha sonra qərar verilməlidir.
PFL mümkün variant kimi matçın sabah Şamaxıda təşkil olunmasını nəzərdən keçirir.
Mirağa