Noyer nə vaxt geri dönəcək?

Noyer nə vaxt geri dönəcək?
“Bayern Münhen”in qapıçısı Manuel Noyer ciddi zədə səbəbindən yaşıl meydanlardan uzaq qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyanın “Beyern” klubu 40 yaşlı qapıçının sağ ayağında vətərin qismən cırıldığını açıqlayıb. Təcrübəli futbolçu Bundesliqanın IX turunda “Maynts”la keçirilən və 2:1 hesabı ilə başa çatan görüşdə zədələnərək ilk hissənin sonlarında meydanı tərk edib.
Noyerin təxminən altı həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Digər Almaniya nəşrləri isə onun 2026-cı ilin sonunadək meydana qayıtmayacağını yazır.
Beləliklə, qapıçının ilin sonunadək Münhen klubunun qarşıdakı oyunlarında iştirak etməməsi ehtimalı yüksəkdir.
Qeyd edək ki, Noyer cari mövsümdə zədə səbəbindən artıq bir neçə oyunu buraxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər