"Sumqayıt”ın futbolçusu İmani Barker Qayana yığmasına çağırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Barker CONCACAF Millətlər Liqasının B Liqası çərçivəsində Kayman Adaları və Puerto Riko ilə oyunlarda meydana çıxa bilər. Qarşılaşmalar noyabrın 12-si və 16-da keçiriləcək.