Sane macərası yarımçıq qalır

Sane macərası yarımçıq qalır
“Qalatasaray”ın almaniyalı futbolçusu Leroy Sane ilə bağlı diqqətçəkən transfer iddiası ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu qış transfer pəncərəsində İstanbul klubundan ayrılmağa qarşı deyil. 
İnformasiyanı “beIN SPORTS” yayıb.
Bunun üçün futbolçu və “Qalatasaray”ın gözləntilərini qarşılayacaq cəlbedici təklifin gəlməsi tələb olunur.
Sane hazırda “Qalatasaray”la 2028-ci ilin yayına qədər müqaviləyə malikdir. O, bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxsa da, hələ qol və assistlə yadda qalmayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər