"Sabah" basketbol komandasının baş məşqçisi Lazar Spasiç (Lazar Spasić, Lazar Spasic) Türkiyənin "Trabzonspor" klubuna qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis qazanılan uğura görə azarkeşləri və komandasını təbrik edib:
"Bütün azərbaycanlıları təbrik edirəm. Onlar komandaları ilə qürur duymalıdırlar. Bütün basketbolçularımı da təbrik edirəm. Çox ciddi komandayıq və böyük işlər görürük. Bu qələbə bizim üçün çox xoş hisslər yaradır."
Baş məşqçi rəqibi təhlil etmək üçün nə qədər vaxt sərf etmələri ilə bağlı sualı isə belə cavablandırıb:
"Hər oyundan sonra çatışmazlıqlarımız üzərində çalışırıq. Bu yolu keçərək böyüyüb inkişaf edirik. Düzdür, vaxtımız çox olmur, lakin "Trabzonspor"u təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Gördükləri işə görə məşqçilər heyətimizə təşəkkür edirəm."
Kamil Xudiyev