"Sabah" qələbəyə tam layiq idi" - Selçuk Ernak

"Sabah" qələbəyə tam layiq idi" - Selçuk Ernak

Türkiyənin "Trabzonspor" basketbol komandasının baş məşqçisi Selçuk Ernak "Sabah"a qarşı keçirilən oyundan sonra (91:72) fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin layiqli qələbə qazandığını vurğulayıb və öz komandasının yol verdiyi səhvlərə toxunub:
"İlk növbədə "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Komanda bu qələbəyə tam layiq idi. Onlar bir daha sübut etdilər ki, rəqabətə davamlı kollektivdirlər. Rəqibin daha çox müdafiədən oyun qurduğunu əvvəlcədən bilirdik.
Matç ərzində oyunun tempini zaman-zaman rəqibə verdik və onlar da bizi gözləmədiyimiz vəziyyətlərdə yaxaladılar. Bəzi anlarda mental olaraq dağılırdıq. Lakin biz özümüzə tezliklə qayıdacağıq."
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər