Fransanın "Olimpik Lion" (Olympique Lyonnais, Lyon) komandasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Liqa 1 təmsilçisi yayıb.
43 yaşlı mütəxəssis Karlos Visenslə (Carlos Vicens) anlaşma əldə olunub.
Son olaraq "Braqa"da (Braga) işləyən məşqçi bu postda Paulo Fonsekanı (Paulo Fonseca) əvəzləyib.
Qeyd edək ki, "Lion" Liqa 1-də 17 xalla 5-ci pillədə mövqe tutub.
Toğrul