Millimizlə qarşılaşacaq Lixteynşteyndə böyük itki

Millimizlə qarşılaşacaq Lixteynşteyndə böyük itki
UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olacaq Lixtenşteyn yığması kapitanını itirib.
Fanat.Az xəbər verir ki, komandanın kapitanı Nikolas Hasler zədələnib.
Lixtenşteyn Futbol Federasiyasının mətbuat xidməti bildirib ki, 35 yaşlı yarımmüdafiəçi İsveçrə çempionatında “Sion”la qarşılaşmada xəsarət alıb.
Hasler zədəsi səbəbindən milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə Manuel Mikusu yığmaya cəlb olunub.
Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu noyabrın 13-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər