"Arsenal" üç əsas ulduzu ilə yeni müqavilə imzalamağa yaxındır

"Arsenal" üç əsas ulduzu ilə yeni müqavilə imzalamağa yaxındır

İngiltərənin "Arsenal" klubu komandanın üç aparıcı üzvü — Martin Edeqor (Martin Ødegaard), Yurrien Timber (Jurriën Timber) və Deklan Rays (Declan Rice) ilə yeni müqavilə danışıqlarında ciddi irəliləyiş əldə edib.

Fanat.Az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hər üç futbolçu ilə yanvar ayına qədər rəsmi razılığa gələcəyinə çox inanır. 

Hazırda hər üç oyunçunun klubla mövcud sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

"Topçular" komandanın əsas sütunlarını uzunmüddətli müqavilələrlə komandaya bağlayaraq gələcək planlarını sığortalamaqda qərarlıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər