1-ci Liqa təmsilçisi "Xankəndi"nin milli komandaların oyunları ilə əlaqədar yaranan 12 günlük fasilə dönəmindəki planları açıqlanıb.
Bu barədə Fanat.Az-a Qarabağ təmsilçisinin çalışdırıcısı Röyal Nəcəfov məlumat verib:
"Komandamızda fiziki və taktiki planda çatışmazlıqlar çoxdur. Bu fasilə bizim üçün problemləri aradan qaldırmaq baxımından yaxşı fürsətdir. Görüləcək işlər çoxdur. Yoxlama oyunu nəzərdə tutulmayıb. Planlı məşqlərimiz olacaq".
Qeyd edək ki, 7 tura 6 xal toplayan "Xankəndi" 1-ci Liqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub.
Nihat