"Qəbələ"nin yoxlama matçının tarixi bəlli oldu

"Qəbələ"nin yoxlama matçının tarixi bəlli oldu
"Qəbələ" klubu milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı sınaq matçına çıxacaq.
Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin sözçüsü Elnur Məmmədli məlumat verib:
"Komanda bu gündən məşqlərə başlayıb. Əvəzedici komanda ilə bir matç nəzərdə tutulub. Görüş noyabrın 14-də baş tutacaq. Oyun ehtiyat meydanda reallaşacaq".
Qeyd edək ki, fasilədən sonra "Qəbələ" Misli Premyer Liqasında ilk oyununu noyabrın 21-də səfərdə “Şəfa” ilə keçirəcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər