"Sabah"ın qələbəsi türkiyəli baş məşqçinin sonu oldu

"Sabah"ın qələbəsi türkiyəli baş məşqçinin sonu oldu
Türkiyənin "Trabzonspor" basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə "Sabah"a məğlubiyyətdən sonra baş məşqçi Selçuk Ernakla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Haber Global" yayıb.
Klub rəhbərliyi ayrılıqla bağlı açıqlamasında Selçuk Ernakın baş məşqçi vəzifəsindən ayrıldığını təsdiqləyib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada "Sabah" rəqibini 91:72 hesabı ilə məğlub edib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər