Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, gənclər bu gün Serbiyanın (Srbija, Serbia) Belqrad şəhərində keçirilən B Liqasının 1-ci qrupunda Monteneqro (Crna Gora, Montenegro) ilə qarşılaşacaq.
2-ci seçmə mərhələnin açılış oyununu baş hakimi belçikalı Lodar Dondt (Lothar D'Hondt) olacaq.
Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu, Elgiz Kərəmlinin U-19-un baş məşqçisi kimi ilk seçmə oyunu olacaq.
Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını 14 noyabrda Serbiya, 17 noyabrda isə Farer Adalarına (Føroyar, Faroe Islands) qarşı keçirəcək.
Avropa çempionatı
B Liqası, 1-ci qrup
11 noyabr
14:00. Azərbaycan - Monteneqro
Hakimlər: Lotar Dondt (Lothar D'Hondt), Niko Klaeç (hər ikisi Belçika), Jelko Dyuriç (Zeljko Djuric), Mladen Yakovleviç (hər ikisi Serbiya).
Belqrad. "Vojdovats FK"-nın (Vozdovac) stadionu.