AÇ-2027: Azərbaycan millisi Almaniya ilə qarşılaşır : Heyətlər açıqlandı

AÇ-2027: Azərbaycan millisi Almaniya ilə qarşılaşır :  Heyətlər açıqlandı
Bu gün Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi finalı 2027-ci ildə baş tutacaq Avropa çempionatının 1-ci seçmə mərhələsinin 2-ci qrupunda ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, U-17 Almaniyada təşkil olunan qrupdakı ilk sınağını meydan sahiblərinə qarşı keçirəcək.
Frankfurtda keçirilən və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq qarşılaşmanın baş hakimi serbiyalı Danilo Nikoliçdir (Danilo Nikolić, Danilo Nikolic).
Qeyd edək ki, Emin Mustafayevin baş məşqçisi olduğu komanda növbəti oyunlarda Şimali İrlandiya (14 noyabr) və Litva (17 noyabr) ilə qarşılaşacaq.
AÇ-2027
1-ci seçmə mərhələ, 2-ci qrup
11 noyabr
14:00. Almaniya ( U-17 ) – Azərbaycan ( U-17)
Hakimlər: Danilo Nikoliç, İvan Mikalatski (hər ikisi Sertbiya), İoannis Minudis (Ioannis Minoudis), Fotios Polixronis (hər ikisi Yunanıstan).
Frankfurt. "DFB-Campus".
Azərbaycan millisi meydana bu "11-lik"lə çıxacaq: 1.Bilal Hacıyev, 4.Vaqif Nəbiyev, 2.Turan Ramazanov, 5.Ruslan Quliyev, 23.Nicat Əhmədzadə, 16.Yusif Orucəliyev, 8.Şikar Şikar, 17.Tunar Əsgərzadə, 7.Rəsul Balakişiyev, 18.Yusif Quliyev, 20.Qafar Babayev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər