AÇ-2027: U-19 qrupda ilk matçına çıxır : Heyətlər açıqlandı

AÇ-2027: U-19 qrupda ilk matçına çıxır :  Heyətlər açıqlandı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, gənclər bu gün Serbiyanın (Srbija, Serbia) Belqrad şəhərində keçirilən B Liqasının 1-ci qrupunda Monteneqro (Crna Gora, Montenegro) ilə qarşılaşacaq.
2-ci seçmə mərhələnin açılış oyununu baş hakimi belçikalı Lodar Dondt (Lothar D'Hondt) olacaq.
Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu, Elgiz Kərəmlinin U-19-un baş məşqçisi kimi ilk seçmə oyunu olacaq.
Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını 14 noyabrda Serbiya, 17 noyabrda isə Farer Adalarına (Føroyar, Faroe Islands) qarşı keçirəcək.
Avropa çempionatı
2-ci seçmə mərhələ, 1-ci qrup
11 noyabr
14:00. Azərbaycan (U-19) - Monteneqro (U-19)
Hakimlər: Lotar Dondt (Lothar D'Hondt), Niko Klaeç (hər ikisi Belçika), Jelko Dyuriç (Zeljko Djuric), Mladen Yakovleviç (hər ikisi Serbiya).
Belqrad. "Vojdovats FK"-nın (Vozdovac) stadionu.
Azərbaycan millisi meydana bu "11-lik"lə çıxacaq: 12.Rauf Əyyubov, 13.Əlibəy Mahmudov, 4.Tuncay Əhmədov, 5.Rəşad Gülüşov, 3.Amin Rzayev, 20.Əhməd Vəliyev, 8.Əbdüləziz Cabbarlı, 10.Əli Qazıbəyov, 21.Əli Əliyev, 9.Əli İbrahim, 11.Əhliman Süleymanzadə
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər