1-ci Liqa təmsilçisi "Şimal"ın milli komandaların oyunları ilə əlaqədar yaranan 12 günlük fasilə dönəmindəki planları açıqlanıb.
Bu barədə Fanat.Az-a Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilov məlumat verib:
"Artıq məşqlərə başlamışıq. Fasilədən müsbət istiqamətdə istifadə etməyə çalışacağıq. Taktiki-texniki planda çatışmazlıqları aradan qaldırmaq istəyirik. Heyətə yeni oyunçu cəlb edilməsi gözlənilmir. Region Liqasında mübarizə aparan "Samur"la yoxlama oyunu keçirəcəyik. Sınaq matçı sabah baş tutacaq".
Qeyd edək ki, 7 tura 8 xal toplayan "Şimal" 1-ci Liqanın turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Nihat