Cavadov komandasını 2-ci yerə yüksəldən qələbəni şərh etdi

Cavadov komandasını 2-ci yerə yüksəldən qələbəni şərh etdi
İkinci Liqanın 10-cu turunda "Şirvan"ın qonağı olan "Marafon"la qarşılaşan rəqib meydanından inamlı qələbə ilə ayrılıb. Sabirabadlılar səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edib.
Komandanın baş məşqçisi Ceyhun Cavadov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Şirvan" çempionluğa oynayan və turnir cədvəlində bizdən öndə olan güclü rəqibdir. Buna baxmayaraq, komandam bu gün meydanda böyük əzmkarlıq və xarakter göstərdi. İlk hissədə müdafiədə daha diqqətli olduq, ikinci hissədə isə təzyiqimizi artıraraq istədiyimiz qolları vurduq.
Futbolçularımı təbrik edirəm. Bu qələbə bizim üçün çox önəmlidir, amma yolumuz hələ uzundur. Qarşıdakı hər oyuna final kimi yanaşacağıq. Komandama inanıram və əminəm ki, daha yaxşı nəticələr əldə edə bilərik. Sevindirici məqamdır ki, heyətdə cəzalı və zədəli futbolçumuz yoxdur. Hər şey qaydasındadır".
Qeyd edək ki, "Şirvan" 10 turdan sonra 22 xalla 3-cü yerdə qərarlaşıb. "Marafon" isə xallarını 23-ə çatdıraraq 2-ci yerə yüksəlib.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər