"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşan "ağ-qaralar" 84:80 hesablı qələbə qazanıb.
Görüş Milli Gimnastika Arenasında keçirilib.
Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya (Rīga, Riga) qarşı keçirəcək.