İspaniyanın "Barselona" klubu Almaniyanın "Leyptsiq" komandasında çıxış edən fransalı müdafiəçi Kastello Lyukeba ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı futbolçunu müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Sol ayaqlı mərkəz müdafiəçisi sürəti, fiziki gücü və topa nəzarət bacarığı ilə diqqət çəkir.
Məlumata görə, Lyukebanın mümkün transfer qiyməti 65 milyon avro civarındadır. "Barselona"nın futbolçunu 2027-ci ilin yayında heyətinə qatmaq ehtimalı nəzərdən keçirilir.
Fransalı müdafiəçinin də Kataloniya klubuna keçməyə müsbət yanaşdığı iddia olunur. Bununla belə, tərəflər arasında rəsmi razılaşma əldə edilməyib.
Əlisahib İbrahimli