"Qalatasaray" (Galatasaray) qış transfer dönəmi üçün heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi xüsusilə UEFA Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə ən azı 3 futbolçu transfer etməyi planlaşdırır.
İnformasiyanı "SporX" yayıb.
"Sarı-qırmızılar"ın əsas hədəfləri müdafiənin sol stoper mövqeyi, mərkəz yarımmüdafiə və sağ cinah müdafiəçisi mövqeləridir.
Mərkəz xətti üçün həm "6", həm də "8" nömrə mövqelərində oynaya bilən təcrübəli futbolçunun transferi nəzərdən keçirilir. Müdafiənin sol tərəfi üçün isə yerli və ya əcnəbi limitinə uyğun futbolçu axtarılır.
Sağ cinah müdafiəçisi də gündəmdədir. Xüsusilə Vilfrid Sinqonun (Wilfried Singo) stoper mövqeyində istifadə olunması halında bu mövqedə əlavə alternativ yaradılması planlaşdırılır.
Bundan başqa, heyətdən ayrılacaq futbolçuların olması transfer planına əlavə dəyişikliklər gətirə bilər.
Əlisahib İbrahimli