"İmişli" fasilə dövründən belə yararlanacaq

"İmişli" fasilə dövründən belə yararlanacaq

"İmişli"nin milli komandaların beynəlxalq görüşləri ilə əlaqədar yaranmış fasilə zamanı planları bəlli olub.

Bu barədə Fanat.Az-a klubun sözçüsü Bəhruz Musayev məlumat verib:
"Komandaya 4 günlük istirahət verilmişdi. Məşqlərə bu gün start verilib. Hələlik sınaq matçı nəzərdə tutulmayıb. Həmişəki kimi məşqlərimiz BOS-un (Bakı Olimpiya Stadionu) ehtiyat meydançasında keçirilir".
Fasilə bitdikdən sonra "İmişli"nin Misli Premyer Liqasında ilk matçı noyabrın 20-də doğma meydanda "Zirə"yə qarşı olacaq.
Qeyd edək ki, komanda turnir cədvəlində 11 xalla 8-ci pillədə qərarlaşıb.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər