"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand yenidən məşqlərə qoşulub.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.
26 yaşlı futbolçu Norveç millisinin düşərgəsində kiçik fiziki narahatlıq səbəbindən əvvəlki məşqi buraxsa da, noyabrın 11-də komanda ilə birlikdə hazırlıq prosesinə qayıdıb.
Norveç millisinin baş məşqçisi forvardın probleminin ciddi olmadığını bildirib. "Arsenal"ın yarımmüdafiəçisi Martin Ödeqard da məşqlərə qayıdan futbolçular arasında olub.
Norveç millisi noyabrın 14-də Uels, noyabrın 17-də isə Danimarka ilə qarşılaşacaq. Holandın bu oyunlarda iştirakı ilə bağlı yekun qərar futbolçunun fiziki vəziyyətindən asılı olacaq.
Əlisahib İbrahimli