Lixtenşteynlə oyun öncəsi kim daha yaxşı formadadır? - Milli üzvlərinin performansı

Lixtenşteynlə oyun öncəsi kim daha yaxşı formadadır? -  Milli üzvlərinin performansı
Azərbaycan millisi sabah Millətlər Liqasında növbəti - sonuncu matçına çıxacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu seçməmiz C Liqasını tərk etmək üçün səfərdə Lixtenşteyndən zəfərlə dönməyə çalışacaq. Sözügedən komanda ilə Bakıdakı görüşdə 0:0-lıq heç-heçəyə razılaşan komanda budəfəki matça səfərbər olunub. Məşqçilər korpusu noyabrdakı pəncərədə Andorra ilə yoldaşlıq görüşü də keçirəcəyindən geniş heyətə güvənib. Sözsüz ki, 27 nəfərlik siyahıdan seçmə, daha yaxşı formada olan 15-16 futbolçu Lixtenşteynin önünə çıxacaq. Bəs budəfəki heyətdə kim daha yaxşı formadadır? Oyun təcrübəsindən əziyyət çəkməyənlər kimlərdir?
Fanat.Az milli üzvlərinin bu mövsümkü performansını təqdim edir.
Bəribaşdan qeyd edək ki, göstəricilər futbolçuların çıxış etdikləri çempionat oyunlarına aiddir.
Qapıçılardan başlayaq. Şahruddin-Aydın-Emil "üçlüy"ü son 3-4 turda klublarında "1 nömrə" statusunda meydanda olublar. Ayxan Abbasovun onlardan hansını "çərçivə"yə qoyacağını əminliklə demək çətindir. Bununla belə, Balayevin bu mövsüm daha çox oyun təcrübəsinin olduğu faktdır.
Dəqiqə etibarilə 10 müdafiəçi arasında Anton Krivotsyuk ən çox oyun təcrübəsinə malikdir. Fərqli reqlamentlə keçirilən Cənubi Koreya liqasında top qovan milli üzvü il ərzində 24 oyunda 1996 dəqiqə meydanda olub. Bu da orta hesabla hər oyunda təxminən 83 dəqiqə deməkdir. Orta hesabla götürsək, Rüfət Abbasov "Neftçi"də ondan çox oynayıb. Rüfətin sol cinahda, Bədavi ilə Elvinin (bu, Rəhman da ola bilər) mərkəzdə, Qismətin isə sağda yer alacağı ehtimal olunandır.
Yarımmüdafiə xəttində olan 11 futbolçudan 2-si legionerdir ki, "Kipr"də top qovan Murad Məmmədovun seçmə oyunda debüt şansı qazanacağı az inandırıcı görünür. Elə Rüfət Abdullazadə də adətən sonradan oyuna qoşulur. Azərbaycan Premyer Liqasından dəvət alan digər 9 milli üzvündən ən çox oyun təcrübəsinə malik "3-lük" isə təəssüf ki, yığmanın əsas siması deyil. Söhbət Oruc Məmmədov, Nihat Əhmədzadə və Fərid Yusiflidən gedir.
Hücumçulara gəlincə, Mahir Emreli yaxşı formadadır. Lixtenşteyndə startda meydana çıxacağı proqnozlaşdırılan Mahirlə müqayisədə Musa Qurbanlı və yaxşı formada olmasına rəğmən, debüt şansı gözləyən Ağadadaş Salyanski isə ehtiyac olarsa, sonradan oyuna qoşula bilər.
Qapıçılar
Şahruddin Məhəmmədəliyev ("Qarabağ") / 0 — 0 0 0 0 0 90 90 90 90 (cəmi: 4 oyun, 360 dəqiqə)
Aydın Bayramov ("Zirə") / 90 90 90 90 0 0 0 90 90 90 90 (cəmi: 8 oyun, 720 dəqiqə)
Emil Balayev ("Neftçi") / 90 90 90 90 90 90 90 — 90 90 90 (cəmi: 10 oyun, 900 dəqiqə)
Müdafiəçilər
Bədavi Hüseynov ("Qarabağ") / 16 — 10 0 0 0 0 0 90 45 90 (cəmi: 5 oyun, 251 dəqiqə)
Elvin Bədəlov ("Neftçi") / 90 90 70 — 0 0 0 0 58 90 90 (cəmi: 6 oyun, 488 dəqiqə)
Rüfət Abbasov ("Neftçi") / 86 90 90 90 90 90 90 74 90 90 90 (cəmi: 11 oyun, 970 dəqiqə)
Qismət Alıyev ("Zirə") / 17 14 90 90 90 90 90 90 90 90 90 (cəmi: 11 oyun, 841 dəqiqə)
Anton Krivotsyuk ("Daejon", Cənubi Koreya) / — 90 — — — — 90 — 1 90 90 90 90 90 90 90 — — — 31 90 90 90 74 — 90 90 90 90 90 — 90 90 90 90 (cəmi: 24 oyun, 1996 dəqiqə)
Toral Bayramov ("Bursaspor", Türkiyə) / 45 19 45 — 20 45 27 36 — — 13 7 90 78 (cəmi: 11 oyun, 425 dəqiqə)
Rahil Məmmədov ("Turan Tovuz") / 0 23 45 1 17 17 — 0 65 8 5 (cəmi: 8 oyun, 181 dəqiqə)
Rəhman Daşdəmirov ("Sabah") / 0 — 0 90 90 90 90 90 0 46 90 (cəmi: 7 oyun, 596 dəqiqə)
Tellur Mütəllimov ("Sabah") / 90 — 68 80 90 0 0 90 0 0 0 (cəmi: 5 oyun, 418 dəqiqə)
Eşqin Əhmədov ("Qəbələ") / 46 29 45 87 73 77 90 90 90 90 90 (cəmi: 11 oyun, 807 dəqiqə)
Yarımmüdafiəçilər
Oruc Məmmədov ("Şamaxı") / 46 70 65 85 79 71 69 65 59 78 85 (cəmi: 11 oyun, 772 dəqiqə)
Fərid Yusifli ("Şəfa") / 24 90 88 78 58 69 32 77 90 75 88 (cəmi: 11 oyun, 769 dəqiqə)
Namik Ələsgərov ("Kəpəz") / 70 — 90 75 70 46 90 90 — 45 90 (cəmi: 9 oyun, 666 dəqiqə)
Rüfət Abdullazadə ("Hapoel Kiryat Şimona", İsrail) / 68 78 74 69 22 58 64 56 19 32 (cəmi: 10 oyun, 540 dəqiqə)
Murad Məmmədov ("Pafos", Kipr) / — — — — — — 20 16 — 29 (cəmi: 3 oyun, 65 dəqiqə)
Abdulla Xaybullayev ("Sabah") / 90 — 90 25 81 18 61 90 0 90 24 (cəmi: 9 oyun, 564 dəqiqə)
Aleksey İsayev ("Sabah") / 28 — 80 65 — 27 29 90 61 25 83 (cəmi: 9 oyun, 488 dəqiqə)
Xəyal Əliyev ("Sabah") / — — — — — — — 4 0 0 0 (cəmi: 1 oyun, 4 dəqiqə)
Emin Mahmudov ("Neftçi") / 65 57 26 68 56 46 0 0 — 7 0 (cəmi: 7 oyun, 325 dəqiqə)
Emil Mustafayev ("Sumqayıt") / — — 14 18 27 75 90 81 72 24 86 (cəmi: 9 oyun, 447 dəqiqə)
Nihat Əhmədzadə ("Sumqayıt") / 90 — 90 78 90 15 12 90 90 82 80 (cəmi: 10 oyun, 717 dəqiqə)
Hücumçular
Mahir Emreli ("Rakuv", Polşa) / 56 73 90 90 90 90 87 90 80 61 87 45 71 73 (cəmi: 14 oyun, 1083 dəqiqə)
Musa Qurbanlı ("Qarabağ") / 90 — 61 25 64 14 66 13 0 16 5 (cəmi: 9 oyun, 354 dəqiqə)
Ağadadaş Salyanski ("Araz-Naxçıvan") / 27 0 0 25 90 90 80 85 — 76 90 (cəmi: 8 oyun, 563 dəqiqə)
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər