Super Liqa: "Azərreyl" ilk sınağına çıxır

Super Liqa: "Azərreyl" ilk sınağına çıxır
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə bir oyun baş tutacaq.
Günün yeganə qarşılaşmasında "Azərreyl" "Milli Aviasiya Akademiyası" ilə münasibətlərinə aydınlıq gətirəcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 16:00-da başlayacaq və "CBC Sport"da canlı yayımlanacaq.
Qeyd edək ki, 7 noyabrda start götürən 2-ci turun açılış oyununda "Murov Az Terminal" ilə UNEC üz-üzə gəlib və birincilər 3:1 ( 18: 25, 25:17, 25:19, 25:21) qalib gəliblər.
Super Liqa
2-ci Liqa
12 noyabr
16:00. Azərreyl – Milli Aviasiya Akademiyası
GİN-in Voleybol Mərkəzi.
Xal durumu: "Naxçıvan" – 3, "Milli Aviasiya Akademiyası" – 3, "Murov Az Terminal" – 3, UNEC – 0, “Azərmaş Abşeron” – 0, Gəncə – 0, Azərreyl - 0, "DH Volley" - 0, "Turan" - 0.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər