Azərbaycan karateçiləri "Tbilisi Open 2026" beynəlxalq turnirində iştirak edəcəklər

Azərbaycan karateçiləri "Tbilisi Open 2026" beynəlxalq turnirində iştirak edəcəklər
Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçilərdən ibarət milliləri noyabrın 14-15-də Gürcüstanın (Georgia) Tbilisi şəhərində keçiriləcək "Tbilisi Open 2026" beynəlxalq turnirində iştirak edəcəklər.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.
Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə turnirdə hakim qismində iştirak edəcəklər.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər