"Real Madrid" Arda Gülerə ağlasığmaz qiymət qoydu

"Real Madrid" Arda Gülerə ağlasığmaz qiymət qoydu
İspaniyanın "Real Madrid" klubu türkiyəli yarımmüdafiəçisi Arda Güləri (Arda Güler, Arda Guler) digər Avropa nəhənglərinin marağından qorumaq üçün radikallıq nümayiş etdirir.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu" gənc ulduzla imzalanacaq yeni müqavilədə onun sərbəstqalma məbləğini (təzminatını) tam 800 milyon avro olaraq müəyyənləşdirməyi planlaşdırır.
Son dövrlər PSJ (Paris Saint-Germain) və "Bayern Münhen" (Bayern München, Bayern Munich) kimi klubların 21 yaşlı futbolçu üçün rekord təkliflər hazırladığı barədə iddialar fonunda Madrid təmsilçisi bu addımla Ardanı komandanın toxunulmaz oyunçularından birinə çevirmək niyyətindədir.
Yeni müqavilənin yaxın vaxtlarda rəsmən elan ediləcəyi və türkiyəli futbolçunun maaşının da əhəmiyyətli dərəcədə artırılacağı bildirilir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər