Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov UEFA Millətlər Liqasının D Liqası çərçivəsində noyabrın 13-də Vaduts şəhərində baş tutacaq Lixtenşteyn (Liechtenstein) – Azərbaycan oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az-ın AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Lixtenşteynə ezam olunan əməkdaşı xəbər verir ki, Bayramov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Bakıdakı matç qolsuz bərabərliklə yekunlaşmışdı. Bu dəfə məqsədimiz daha yaxşı oyun göstərərək qələbə qazanmaqdır. Komandamıza inanıram. Yaxşı hazırlaşmışıq. Bakıda etdiyimiz səhvləri etməməyə çalışacağıq. Ümid edirəm ki, sabah qələbə qazanıb, xalqımızı sevindirəcəyik".
- Sizin üçün milli komandada hansı mövqedə oynamaq rahatdır?
"Milli komandada oynadığımız üçün qürur duyuruq. Əsas olan oynamaqdır. Mənim üçün heç bir fərqi yoxdur. Baş məşqçimiz mənə harda oynamağa şans versə orada çıxış edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram".
Fanat.Az