"Komanda olaraq oyuna hazırıq" - Ayxan Abbasov

 "Komanda olaraq oyuna hazırıq" -  Ayxan Abbasov
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqası çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn (Liechtenstein) – Azərbaycan oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az-ın AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Lixtenşteynə ezam olunan əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Ən vacib oyunumuza çıxırıq. Qrup lideri olmaq üçün qələbə qazanmalıyıq. Rəqibi tanıyırıq. Bilirik ki, evdə daha inamlı çıxış edirlər. Komanda olaraq oyuna hazırıq. Əhval-ruhiyyə yüksəkdir. Futbolçularımız ideal formadadır. İnanıram ki, sabah qələbə qazanaraq qrupu lider olaraq başa vuracağıq".
- Sosial mediada komandanız üzərinə yüklənən təyziq var. Siz bu təyziqi necə qarşılayırsınız?
"Əlavə hadisələrə fikir vermirik. Tam oyuna fokuslanmışıq. Futbolçular belə hadisələrdən təsirlənə bilər. Kənar müdaxilələrə fikir verməməyə çalışırıq".
- Lorenzo Mezzotero milli komandamızda çıxış etmək istəyir?
"Milli komandada gənc futbolçuların sayı çoxalıb. Bu sevindirici haldır. Lorenzo haqqında çox danışılır. Nihatı, Muradı, Eşqini daha çox dəstəkləmək lazımdır. Lorenzonu izləyirik. Özü daha əvvəl millimizdə çıxış etmək istəmişdi. Onu canlı olaraq da izləmişəm. Öz klubunda da yaxşı performans göstərir. Son oyundan sonra klubu bizə müraciət etdi. Zədəsi olduğunu bildirdilər. Biz də buna inandıq. Önümüzdəki matçlarda yaxşı formada olsa yenə dəvət alacaq. Milli forma sevilməlidir. Heç bir məcburiyyət olmamalıdır".
- Sabahkı matçda bütün futbolçulardan istifadə edə biləcəksiniz? Futbolçuların fiziki durumu necədir?
"Geniş heyətimiz var. Önümüzdəki 2 oyunu nəzərə alaraq heyət seçmişik. Son oyunlarımızda da fiziki problemlərimiz olmayıb. Futbolçularımız matça hazırdırlar".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər