Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma qrupdakı son matçında səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Oyun Vaduts şəhərindəki "Reynpark" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Görüşü estoniyalı FIFA referisi Kristo Tohver idarə edəcək.
Xatırladaq ki, millimiz üç turdan sonra beş xalla D Liqasının 2-ci qrupunda liderdir. Komanda qrup liderliyini təmin etmək üçün Bakəda yenə bilmədiyi (0:0) "cırtdanlar"ı səfərdə məğlub etməlidir.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
13 noyabr
23:45. Lixtenşteyn - Azərbaycan
Hakimlər: Kristo Tohver, Silver Koiv, Sander Saqa (Sander Saga), Yonas Yanovits (Jonas Janovits) yerinə (hamısı Estoniya).
Vaduts. "Reynpark" stadionu.