"Əsas məsələ səbirli oynamaq və hücumlarda düzgün qərarlar verməkdir" - Vüqar Nadirov

"Əsas məsələ səbirli oynamaq və hücumlarda düzgün qərarlar verməkdir" -  Vüqar Nadirov
UEFA Millətlər Liqasında sonuncu oyununa hazırlaşan Azərbaycan millisi bu gün Vadutsda Lixteynşteynlə (Liechtenstein) qarşılaşacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk növbədə qeyd etmək istəyirəm ki, millimiz üçün bu qarşılaşmanın əhəmiyyəti böyükdür. Azərbaycan millisi hazırda qrupun lideridir və bu üstünlüyü son oyunda da qorumaq lazımdır.
Açığı, rəqibin adına və reytinqinə baxaraq oyunun asan keçəcəyini düşünmək düzgün olmaz. Xüsusilə səfər oyunlarında istənilən rəqib müəyyən çətinlik yarada bilər. Lixtenşteyn müdafiədə sıx oynamağa, boş zonaları bağlamağa və əks-hücumlarla şans axtarmağa çalışacaq.
Amma hesab edirəm ki, millimizin fərdi keyfiyyəti, futbolçuların təcrübəsi və hazırkı nəticələri bu görüşdə üstün tərəf olmağımıza imkan verir.
Komandamızın əsas üstünlüyü oyuna nəzarət etmək, topa sahib olmaq və rəqibin müdafiəsində boşluqlar yaratmaq bacarığı olmalıdır. Burada əsas məsələ tələsməmək, səbirli oynamaq və hücumlarda düzgün qərarlar verməkdir.
Mənim üçün xüsusilə vacib məqam ilk qoldur. Əgər millimiz erkən qol vura bilsə, rəqib məcbur edəcəki boşluqlar versin".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər