Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq

Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Boks Federasiyası yayıb.
Noyabrın 16-da Xorvatiyanın Poreç (Poreč, Porec) şəhərində start götürəcək yarış doqquz gün davam edəcək.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcəklər.
Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyaya yollanacaq milli komanda 12 gün sonra Bakıya qayıdacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər