Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq. "Xankəndi" həmin gün "Karvan-Yevlax"ı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
Bəs açılış mərasimində kimlər iştirak edəcək? Tədbirin proqramında nələr nəzərdə tutulub?
Bu barədə Fanat.Az-a "Xankəndi" klubunun sözçüsü Günel Abbas məlumat verib:
"Oyundan əvvəl konsert proqramı təşkil olunacaq. Açılışda AFFA rəhbərliyindən başqa, gənclər və idman naziri də olacaq. Bundan başqa, tədbirdə dövlət rəsmiləri, bir sıra rəsmi şəxslərin iştirakı gözlənilir. İdman ictimaiyyətinin nümayəndələri, Xankəndi şəhər ictimaiyyətinin rəhbər şəxsləri hamısı orada olacaq".
Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ümumiyyətlə təmsil etdiyi şəhərdə məskunlaşmağı və ev oyunlarını orada keçirməyi planlaşdırır.
Mirağa