Qran-Pri: Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır

Qran-Pri: Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçuları da turnirin ilk günündə mübarizəyə başlayacaqlar.
İlk yarış günündə millimizin dörd üzvü üç çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda xorvatiyalı Tihea Topolovetslə (Tihea Topolovec) qarşılaşacaq.
Kişilərin yarışında isə 60 kq-da Murad Muradlı 1/16 finalda fransalı Luka Mxeidze (Luka Mkheidze) ilə üz-üzə gələcək. 66 kq çəki dərəcəsində Nizami İmranov fransalı Daiki Buba (Daiki Bouba), Turan Bayramov isə almaniyalı Florian Bökerlə (Florian Böcker, Florian Boecker) qarşılaşacaq. Hər iki görüş 1/16 final mərhələsi çərçivəsində baş tutacaq.
Təsnifat görüşləri saat 12:45-də, final bloku isə 20:00-da başlayacaq.
Qeyd edək ki, turnirə noyabrın 15-də yekun vurulacaq.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışda Azərbaycan 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur. Təmsilçilərimiz 9 çəki dərəcəsində mübarizə aparır.
Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik (Robert Krawczyk), qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edir.
Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) mübarizə aparır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər