Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 1-ci turdan təxirə salınmış oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, “DH Volley” ilə UNEC münasibətlərinə aydınlıq gətirəcəklər.
“DH Volley” komandasının avrokuboklarda iştirakı səbəbindən təxirə salınan qarşılaşma UNEC voleybol klubunun idman zalında baş tutacaq və saat 16:00-da başlayacaq.
Qeyd edək ki, UNEC Super Liqanın 2-ci turunda “Murov Az Terminal”a 1:3 (25:18, 17:25, 19:25, 21:25) hesabı ilə məğlub olub.
Super Liqa
1-ci turun oyunu
13 noyabr
16:00. UNEC - “DH Volley”
Bakı. UNEC klubunun idman zalı.
Xal durumu: Naxçıvan - 3 (1 oyun), Azərreyl - 3 (1 oyun), Murov Az Terminal - 3 (1 oyun), Milli Aviasiya Akademiyası - 3 (2 oyun), UNEC - 0 (1 oyun), Gəncə - 0 (1 oyun), Azərmaş Abşeron - 0 (1 oyun), DH Volley - 0 (0 oyun), Turan - 0 (0 oyun).