Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi adını qazanıb.
Fanat.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) fərqlə yenib.
Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.