Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turnirin ikinci günündə Azərbaycanın üç idmançısı tatami üzərinə çıxacaq.
Təmsilçilərimiz iki çəki dərəcəsində mübarizə aparacaqlar ki, qadınların yarışında 70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/16 final mərhələsində ukraynalı Olha Tsimko ilə qarşılaşacaq. 73 kq çəki dərəcəsində yarışan kişilərin mübarizəsində isə Nəriman Mirzəyev 1/32 finalda finlandiyalı Valtteri Olinlə, Rüfət Şövlətov xorvatiyalı Luka Katiçlə (Luka Katić, Luka Katic) üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Yarış nobarın 15-də yekunlaşacaq.