"Yunanıstan yaxşı komandadır, sadəcə biz əla idik" - Xavi 7:0-ı şərh etdi

"Yunanıstan yaxşı komandadır, sadəcə biz əla idik" -  Xavi 7:0-ı şərh etdi
Niderland millisinin baş məşqçisi Xavi (Xavi Hernández, Xavi Hernandez) UEFA Millətlər Liqasının 5-ci turunda Yunanıstan üzərində 7:0 hesablı qələbə qazandıqdan sonra komandasının oyundan danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti ispan mütəxəssisin darmadağın barədə fikirlərini belə təqdim edib:
"Oyundan çox məmnunam. Böyük hesablı qələbə qazandıq. Parlaq oynadıq: hücum etməyi bilirdik, tez-tez boşluqlardan istifadə edirdik. Çoxlu qol imkanları yaratdıq. Xüsusilə ilk hissə əla keçdi. Oyunçularımı təbrik etməliyəm. Onlarla çox fəxr edirəm. Amma bu, sadəcə bir matçdır. Yaxşı işimizi davam etdirməliyik. Hələ uzun bir yol var.
Yunanıstanın, xüsusən də hücumda istedadlı oyunçuları olan çox yaxşı komandası var. Onlar ən yaxşı klublarda oynayırlar. Sadəcə, biz bu gün ən yaxşı formada idik".
Niderland 11 xalla 2-ci qrupun turnir cədvəlinə başçılıq edir. Yunanıstan isə 8 xalla ikinci yerdədir.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər